YAP Gənclər Birliyinin üzvləri Ümummilli Liderin məzarını ziyarət ediblər FOTO

15 Aprel 2021 16:27 (UTC+04:00)
Aprelin 15 -də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Fəxri xiyabanda xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA-nın verdiyi məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.