ABŞ-Rusiya gərginliyi artır səfir XİN-ə çağırıldı

15 Aprel 2021 17:33 (UTC+04:00)

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA-nın məlumatına görə, bu barədə Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Qeyd olunur ki, səfir ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar izahat üçün çağırılıb.

Rusiya tərəfi bu sanksiyalara müvafiq şəkildə reaksiya veriləcəyini bildirib.