Məşhur Məmmədov: “Azərbaycan Prezidenti sülhün bərqərar olmasında qətiyyətli olduğunu bir daha ortaya qoydu” ÖZƏL-ŞƏRH

15 Aprel 2021 16:33 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda üç saatdan çox çıxışı zamanı bir çox məsələlərə aydınlıq gətirdi, Azərbaycan sülhün bərqərar olmasında nə dərəcədə qətiyyətli olduğunu, Ermənistanın isə işğalçı, təcavüzkar, vandal siyasət yürütdüyünü göstərməklə həm də həmişə olduğu kimi, Ermənistana növbəti mesajının da verdi: “Ermənilər bizi yaxşı tanımayıblar, elə bilirdilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov diqqətə çatdırıb.

M.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin son 17 illik prezidenlik fəaliyyəti dövründə Qarabağ mövzusunun həmişə ölkənin bütün gündəliklərində olduğunu deyərək bildirib ki, ADA universitetində də keçirilən konfransdı sözügedən məsələ ilə bağlı dövlət başçımız bildirib ki, çıxışlarımda Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub: “Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Mənim bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. İndiki Azərbaycan həqiqətən də yeni Azərbaycandır”.

Dövlətimizin başçısı konfransda həmişə olduğu kimi, bu görüşdə də Ermənistana öz mesajını verib və bildirib ki, ermənilər bizi yaxşı tanımayıblar: "Onlar elə bildilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir. Onlar düşündülər ki, zaman keçəcək və hər kəs yorulacaq, heç kim müharibə istəmir. Bəzən beynəlxalq mediada belə bir spekulyasiya var idi".Millət vəkili konfransda Prezident İlham Əliyevin Azərbaycanın çoxmillətli ölkə olduğunu, Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanların son damla qanlarınadək vuruşduqlarını vurğulayaraq deyib ki, Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi. Bu, Ermənistan tərəfindən törədilən ilk müharibə cinayətləri deyil: “Onlar Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədiblər. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə bildilər”. Konfransda dövlət başçısı ermənilərin vandal, faşist xislətini real faktlarla göstərərək deyib ki, günahsız mülki insanlar, kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar: “Onlar elə güman edirdilər ki, bizim şəhərlərimizə və kəndlərimizə hücum etməklə bizi dayandıra biləcəklər. Biz eynisini etmədik. Biz heç bir kəndi və ya şəhəri vurmadıq, yalnız Xankəndidəki hərbi obyektləri vurduq”.

M.Məmmədov Prezident İlham Əliyevin konfransda Azərbaycanın beynəlxalq uğurlarından da danışaraq bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Beləliklə, bu stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfırdır. Və Ermənistan ordusu tərəfindən törədilən vəhşiliklərin heç vaxt unudulmayacağını deyib: “Biz Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri unuda bilmərik. Biz Ermənistan rəhbərliyi tərəfindən törədilən Xocalı faciəsini və onun günahsız qurbanlarını heç vaxt unuda bilmərik Beləliklə, bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir”.

M.Məmmədov sonda onu da vurğulayıb ki, Azərbaycan həmişə regionda sülhü ən çox arzu edən və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa töhfə verib və verməkdədir. Və Ermənistan revanş ideya düşsə, dövlət başçımızın dediyi kimi, «dəmir yumruq» hər an hazırdır və erməni faşizmi yenidən baş qaldırdığı halda, yenə də düşmənin başını əzəcək. Ermənilər nəzərə almalıdır ki, onların revanşist fikirləri, sadəcə xülyadır və onların sonu ola bilər.

Rəfiqə HÜSEYNOVA