Leyla Yunus riyakarlığı, qərəzliyi – “siyasi məhbus” reketçiliyi

15 Aprel 2021 16:04 (UTC+04:00)

Yaxud 44 gün ərzində ermənilər dinc əhalimizi qətlə yetirməsilə bağlı niyə siyahı tutmurdu?

İllərdən bəri «demokratiya, insan hüququ» desə də, demokratiyanın nə olduğunu hələ də anlamayan Leyla Yunus üçün Vətən məfhumu yoxdur. Onun hikkəsi, qisasçılıq hissləri aman vermir ki, ədalətli olsun. Ona görə ildə azı iki dəfə kimsə tapmayanda terrorçuları, vətənə xəyanətdə ittiham edilənləri siyahısına salaraq onların işində siyasi motiv eşələyir. L.Yunus Azərbaycan cəmiyyətində o dərəcədə nüfuzdan düşüb, hörmətini itirib ki, hətta həmkarları, müxalifətdə olan bir çoxları belə onu qınayırlar, tənqid edirlər. Çünki L.Yunus üçün yalnız bir hədəf var - hansı yolla olursa-olsun, yalan-palan, böhtan, təki hakimiyyətə qarşı fəaliyyət göstərsin, dövlətin beynəlxalq aləmdə mövqeyinə zərbə vursun. Vətən müharibəsində qalib gəlmiş, torpaqlarını işğaldan azad etmiş, müxtəlif xarici təzyiqlərlə üzbəüz qalmış ölkənin hüquq müdafiəçisi özünü belə aparmamalıdır. Görə bilsəydi Gəncəyə, Bərdəyə, Tərtərə və digər ərazilərimizə qarşı terror edən ermənilərlə bağlı Avropa təşkilatlarına yazardı, qərəzli qətnamələr çıxaran Niderland, Belçika, Lüksemburq, Fransa parlamentlərinə etirazını bildirərdi, amma bu həqiqətləri görməzdən gələn ahıl qadın hikkəsini boğa bilmir.

Novella Cəfəroğlu: “Leyla Yunus heç zaman nə Azərbaycanı, nə xalqı sevib”

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkənin ən stajlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Leyla Yunus heç zaman nə Azərbaycanı, nə xalqı sevmədiyini deyib: “Onu əvvəldən yaxşı tanıyırsınız. Hüquq müdafiəçiliyi onun üçün insanlara kömək yox, pul qazanmaq vasitəsidir. Onun bir amalı var ki, pul qazansın. İndi görünür, yenə pulları qurtarıb, təzə siyahı tutur. Yəqin həbsdə olan rüşvətxorlar ona pul verib, adlarını siyahıya saldırırlar. Bu, Leyla Yunusun köhnə xasiyyətidir. O, Bakıda olanda da köhnə siyahıları tərtib edirdi”.

Əliməmməd Nuriyev: “Leyla Yunusun Azərbaycana aidiyyəti yoxdur”

Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev dedi ki, belə adamlara heç diqqət yetirmək lazım deyil. Onun fikrincə, L.Yunusun Azərbaycana aidiyyəti yoxdur: “Bu ölkədə hörmətli hüquq müdafiəçiləri var, səmərəli fəaliyyət göstərirlər. Belə adamların bu vətənə, xalqa sevgisinin olması suallar doğurur. Bu gün vaxtından əvvəl azadetmə halları var, eləcə də həbsi ictimai müzakirə yaradan şəxslərin azad buraxılması davam etməkdədir. Sadəcə, bir sıra şəxslərin əlində “siyasi məhbus” siyahısı biznes fəaliyyətindən başqa bir şey deyil. Bu, çirkli biznesdir, təmiz biznes sayıla bilməz”.

Ə.Nuriyev onu da vurğulayıb ki, hesab edir ki, əqidəsindən asılı olmayaraq kim müraciət edirsə, barəsində məlumat varsa dəstək verməyə çalışır: «Eyni zamanda Novella Cəfəroğlu, Səidə Qocamanlı həmişə maraqlanırlar. Bu gün Zaur Əkbər, Rəsul Cəfərov və başqaları var, yeni nəsil gəlməkdədir. Onlar bu və da digər şəxslər haqda məlumat verirlər. Amma ölkədən kənarda kimsə siyahı tutur, Azərbaycanı təhdid etməyə çalışır. Onların fikirləri ermənilərin bizə münasibəti ilə eynilik təşkil edir. Çünki Azərbaycanda hüquq müdafiəçiləri müharibə getdiyi zaman erməni terrorizminə susmadılar, obyektiv fikir söylədilər, bu adamın isə səsi çıxmadı. Azərbaycanı gərək sevəsən, onda tənqid də edirsən, yaxşıları da görürsən. Burada isə qrant maraqları var, başqa heç nə yoxdur. Bundan Azərbaycana qarşı təzyiq kimi istifadə etmək, vəsaitlər qazanmaq olmaz”. Leyla Yunus riyakarlığı nə qədər güclüdür ki, həqiqətləri görə bilmir. Leyla Yunus sosial şəbəkələrdən deyir ki, “bizim adımızı tarixdən silmək mümkün olmayacaq”. Ancaq anlamır ki, sizin kimi satqın ünsürləri xalq çoxdan silib və tarixin zibilxanasına da atıb.L.Yunus sosial şəbəkələrdə çıxışlar edərək “Azərbaycanda “siyasi məhbus” olduğunu, guya onların müdafiəsinə qalxdığını deyir. O zaman 44 gün ərzində ermənilər dinc əhalimizi qətlə yetirilərkən L.Yunus həmin hadisələrlə bağlı niyə siyahı tutmurdu? Çünki əməllərin riyakar, qərəzlidir və bundan da əl çəkə bilmirsən. Leyla Yunus kimilərə ölkəmizə qarşı sosial şəbəkələrdə etdiyi qərəzli çıxışlarına qətiyyən yol verilməməli, dövlətimizə, xalqımıza xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdır.

Rəfiqə HÜSEYNOVA