“TikTok”da dəhşətli görüntülər

15 Aprel 2021 14:57 (UTC+04:00)

Braziliyalı bir plastik cərrahın əməliyyatlardan sonra qeyri-etik şəkildə paylaşdığı rəqs videoları qınaq obyektinə çevrilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, videolarına görə 643 min izləyici və 11 milyon bəyənmə ilə fəxr edən Caren Trisoglio Garcia TikTokda paylaşımları ilə bütün dünya mətbuatında manşet olub. Videolarında əməliyyat etdiyi xəstələrdən alınan "bədən hissələrini" tutub silkələyərək və gülərək danışıb. İzləməsi çox çətin olan videolardan birində Garcia, xəstədən götürülmüş yağ ehtiva edən torbanı sallayaraq "bu qoltuq altı yağları"dır deyib. Başqa bir paylaşımında isə, əlindəki xəstədən götürülmüş ət parçalarını göstərərək, "bugünkü mükafatım" yazıb.

Qeyd edək ki, Sao Paulo əyalətinin Regional Tibbi Şurası, sosial mediada yayımlanan cərrahın tibbi lisenziyasını dayanıb.

Arzu Elsevərqızı