“Məryəm'” filminin çəkilişlərinə başlanacaq

15 Aprel 2021 15:05 (UTC+04:00)

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası "Məryəm'' filminin istehsalına hazırlaşır. SİA-nın məlumatına görə, kinostudiya filmin istehsal öncəsi mərhələsindən xüsusi fotoları təqdim edib.

Filmin çəkilişləri bu ilin may-iyun aylarında, Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Bütün çəkiliş müddətində audiovizual məzmunlarla mütəmadi olaraq, kinosevərlər məlumatlandırıIacaq.

Ekran əsərinin süjet xətti Məryəmin uzun illər sonra ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm, yeni reallıqla üz-üzə qalır. Bu zaman ortaya əbədi “nə etməli?” sualı çıxır.