Böyük beşlikdən Ukraynaya - DƏSTƏK

15 Aprel 2021 14:28 (UTC+04:00)

ABŞ, Britaniya, Almaniya, Fransa və İtaliya Rusiyanı Ukrayna ilə bağlı deeskalasiyaya çağırır. SİA xəbər verir ki, bu məlumatı beş ölkənin xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra ABŞ Dövlət Departamenti yayıb.

Məlumata görə, diplomatlar Ukraynanın Rusiya provokasiyaları qarşısında səbir göstərməsini təqdir ediblər.

Onlar, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdiklərini bildiriblər.