Piyada faciəvi şəkildə öldü

15 Aprel 2021 12:34 (UTC+04:00)

Lənkəran rayonu ərazisində müəyyən edilməmiş avtomobillə Z.Əliyeva vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 14-də saat 22 radələrində Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Z.Əliyeva vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.