ŞƏHID ADI

15 Aprel 2021 12:15 (UTC+04:00)

Murad, qəlbindəydi Vətən sevgisi,

Xalqına məhəbbət, elinə hörmət.

Cəbhəyə yollandın bir əsgər kimi,

Müqəddəs torpağa bağlıydı qeyrət.

Səni qorxutmadı top, tüfəng səsi,

Döyüşdün düşmənlə igid əsgərim.

Sinənə tuş oldu duşmən gülləsi,

Dünyaya yayıldı sənin hünərin.

Ali Baş Komandan verir qiyməti,

Günəş qürub edir şəhidləriylə.

Enilməz bir dağdır şəhid zirvəsi,

Zirvə də fəxr edir zəfərləriylə.

Azərbaycan mərd oğullar diyarı,

Öyünür xalqımız igidləriylə.

Yeni tarix nəsillər yadigarı,

Bu tarix yazılır şəhidləriylə.

Mürsəlova Ofelya Mürsəl qızı