Rəsmi Bakı Minsk qrupunun fəaliyyətinə razılıq verəcəkmi? - MÖVQE ÖZƏL

15 Aprel 2021 10:28 (UTC+04:00)

“ATƏT-in Minsk qrupunun həmsdərlərinin son bəyanatına baxmayaraq onların rolu regionda öz möcudluğunu qorumaq və münaqişəni gündəmdə saxlamaqdır. Bu fomatın bundan sonrakı prosesə töhfə verəcəyi mümkün deyil. Həmçinin Minsk qrupu Azərbaycan və Ermənistan arasında normal münasibətlərin qurulmasına əngəl ola bilər. Çünki, iki ölkə arasında sülhün əldə edilməsi həmsdrlərin fəaliyyətinin sonu deməkdir. Bundan əlavə, Minsk qrupu Qarabağdakı ermənilərin statusunu qabardacaq və danışıqların bu səpkidə aparılmasına çalışacaq. Onların gəlib azərbaycanlı köçkünlərin Xankndinə və Ağdərəyə qayıdışına kömək edəcəklərinə töhfə verməsi mümkün deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq vurğulayıb ki, ümumiyyətlə Minsk qrupunun humanitar missiyaya və sülhün əldə edilməsi istiqamətində çalışmalarına ehtiyac yoxdur: “Bundan əlavə, ABŞ və Fransanın gəlib burada digər ölkələrdən sülhməramlı qüvvələrin təmsil olunması üçün çağrışlarıda əleyhimizə ola bilər. Beynəlaxlq missiya adı altında gəlib, Rusiya ilə əlbir olub ermənilərin statusunu tələb edə bilərlər. Azərbaycan və Türkiyə Rusiyanın öhdəsindən gələcək. Amma, gətirib ABŞ və Fransanı bundan sonra prosesə cəlb etmək münaqişəni gündəmə gətirmək olar”.

M. Əsədullazadənin fikrincə, Azərbaycan konkret olaraq Minsk qrupunun fəaliyyətinə son verməlidir: “Üç tərəfli format - Bakı-Ankara və Moskva formatı davam edir və digər ölkələri bu formata cəlb etmək maraqlarımıza ziddir. Heç, bu formatda Ermənistan təmsil olunmur. Çünki, Ermənistanla məsələ bitib. Qarabağda Rusiyanın sülhməramlı qüvvələrin məsuliyyət zonasında ermənilərə cavabdeh ölkə Rusiyadır. Ona görə də ABŞ, Fransa birbaşa ermənilərə dəstək vermək üçün gələcək”.