Şəmkirdə ev yandı

15 Aprel 2021 10:10 (UTC+04:00)

Şəmkir rayonunun Çaparlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında yataq dəsti yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.