Hindistanda yoluxanların sayında rekord - 200 min

15 Aprel 2021 10:04 (UTC+04:00)
Hindistanda son sutkada 199 376 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın xəbərinə görə, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 14 milyon nəfəri ötüb. Son sutkada virusdan 1 000-dən çox insan ölüb. Bununla da COVID-19-un qurbanlarının ümumi sayı 173 mini ötüb. İndiyə qədər 12,4 milyondan çox pasiyent koronavirusdan sağalıb. Virusa yoluxan 1,4 milyondan çox pasiyentinn müalicəsi davam edir.