ABŞ Rusiyanın 10 diplomatınının ölkədən çıxarılması ilə bağlı qərar verə bilər

15 Aprel 2021 08:50 (UTC+04:00)

ABŞ Rusiyanın 10 diplomatınının ölkədən çıxarılması ilə bağlı qərar verə bilər.

SİA-nın məlumatına görə, bu barədə Bloomberg məlumat yayıb.

Bildirilib ki, bundan başqa, 12 rus vətəndaşına və 20 rus təşkilatına qarşı sanksiya tətbiq edilməsi gözlənilir.

Səbəb rəsmi Moskvanın ABŞ-dakı seçkilərə müdaxiləsi və hakerlərin kiber hücumları göstərilir.

Ağ Evin sadalanan sanksiyaların cümə axşamına kimi elan edəcəyi bildirilib.