Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 279 nəfər dünyasını dəyişib.
SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 34 734 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 55 413 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 480 146 nəfər təşkil edir.