Böyük Britaniyada son sutka ərzində 2491 nəfər koronavirusa yoluxub

15 Aprel 2021 01:52 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 2491 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 378 305 nəfərə çatıb.

SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 38 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 161 nəfərə çatıb.