NATO rəsmi olaraq öz ordusunun Əfqanıstandan çıxarılması prosesinə başlayır

15 Aprel 2021 01:18 (UTC+04:00)

NATO rəsmi olaraq öz ordusunun Əfqanıstandan çıxarılma prosesinə başlayır. Bu qərar Alyansın Xarici İşlər Naziri ilə Müdafiə Nazirliyi başçıları arasında keçirilən videokonfrans zamanı qəbul edilib.

SİA-nın məlumatına görə, bu barədə "DPA" agentliyi öz mənbələrinə istinadən bildirib.

Qeyd edək ki, NATO-nun bu qərarı qəbul etməsindən bir neçə gün əvvəl ABŞ 11 sentyabr tarixinə qədər öz ordusunu Əfqanıstandan çıxarmaq niyyətini elan etmişdi.