UEFA Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşdi - YENİLƏNİB

15 Aprel 2021 00:53 (UTC+04:00)

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında sonuncu yarımfinalçılar bəlli olub.

SİA xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş baş tutub.

“Liverpul səfərdə 1:3 hesabıyla uduzduğu “Real”ı bu dəfə doğma meydanda qəbul edib. İngiltərə çempionu mərhələ adlamaq üçün rəqibi üzərində inamlı qələbə qazanmağa borclu idi. Lakin bu qarşılaşmada qapılara qol vurulmayıb və "Real" yarımfinala yüksəlib.

Dortmund “Borussiya”sı da Almaniyada “Mançester Siti” ilə üz-üzə gəlib. İngiltərə Premyer Liqasının liderinə bu görüşdə mərhələ adlamaq üçün heç-heçə də bəs edəcəkdi. Amma qonaqlar bu oyundan da əzmkar qələbə ilə ayrılıblar və növbəti mərhələyə yüksəliblər.

Xatırladaq ki, ilk oyun günündən sonra PSJ (Fransa) və “Çelsi” (İngiltərə) yarımfinala vəsiqəni təmin edib.

.


UEFA Çempionlar Liqası, 1/4 final, cavab oyunları

14 aprel

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Bellinqhem, 15 (1:0), Mahrez, 55 (1:1), Foden, 75 (1:2)
İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0
İlk oyun - 1:3


13 aprel

"Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
İlk oyun - 2:0

PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
İlk oyun - 3:2

"Mançester Siti" yarımfinalda PSJ, "Real" isə "Çelsi" ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27-28 apreldə, cavab qarşılaşmaları 4-5 mayda olacaq.