Türkiyə hökuməti Liviyaya 150 min doza peyvənd göndərib

14 Aprel 2021 22:32 (UTC+04:00)
Türkiyə hökuməti Liviyaya COVID-19 infeksiyasına qarşı 150 min doza vaksin göndərib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, göndərilən vaksin aprelin 14-də Ankaradan Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarəsi ilə yola salınıb. Qeyd edək ki, bu barədə razılıq Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyətinin aprelin 12-də Türkiyəyə səfəri zamanı əldə olunub.