Heydər Əliyev Fondundan daha bir xeyirxah addım...

15 Aprel 2021 00:14 (UTC+04:00)

Uzun müddətdir ki, Spinomuskular atrofiya (SMA) xəstəsi olan Tunar Bağırova müalicəsi üçün lazım olan məbləğ yığılıb.

SİA-nın verdiyi məlumata görə, Bağırov Tunar uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi. T.Bağırovun müalicəsi üçün lazım olan vəsaitin bir hissəsi kampaniya vasitəsi ilə yığılıb, qalan hissəsini isə Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bunu canlı yayımda Aybəniz Haşımova bildirib.

T.Bağırovun anası Səbinə xanım Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya canlı yayımda öz təşəkkürünü bildirib. Eyni zamanda, canlı yayımı izləyən vətəndaşlarımız da bu vəsaitin yığılmasına görə seviniblər.

Qeyd edək ki, SMA südəmər yaşda olan körpənin və uşaqlıq çağının genetik motor neyron xəstəliyidir. Ən şiddətli forması körpələrdə görünür. Onurğa beyin və beyin kötüyü motor neyronların degenerasiyası proqressiv əzələ zəifliyinə gətirib çıxarır. 5q13 xromosomuna aid olan motor neyron (SMN1) genin yoxluğu ilə xarakterizə autosom resessiv bir pozğunluqdur.