Azərbaycan - Yunanıstan görüşü yığmamızın böyük hesablı qələbəsi ilə başa çatıb

14 Aprel 2021 20:31 (UTC+04:00)

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

SİA xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayındakı görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda beş oyundan sonra qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyırdı.

14 aprel

Azərbaycan – Yunanıstan - 4:0
Qollar: Fineo, 3, Q.Panayotis, 14-avtoqol, İsa Atayev, 16, Ramiz Çovdarov, 25
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)
Bakı İdman Sarayı


KOMANDALAR

O

Q

H

M

T/F

X

Azərbaycan

6

5

1

0

22-6

16

Slovakiya

6

3

2

1

21-9

11

Moldova

6

1

2

3

14-22

5

Yunanıstan

6

0

1

5

4-24

1