Yola quraşdırılan bomba partladıldı - 24 nəfər həyatını itirdi

14 Aprel 2021 20:04 (UTC+04:00)

Somalidə terror aktı törədilib. SİA xəbər verir ki, hadisə Orta Şabelle bölgəsində meydana gəlib. Yola quraşdırılan bomba mikroavtobusun keçidi zamanı partladılıb. Nəticədə 24 nəfər həyatını itirib.

Terrorun Əl-Qaidə ilə əlaqəli olan Əl Şabab təşkilatı tərəfindən həyata keçirdiyi güman edilir.