Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

14 Aprel 2021 19:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb. Nazirlər Kabinetindən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulandı.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzuladı.