YAP Samux rayon təşkilatında videokonfrans keçirilib

14 Aprel 2021 19:25 (UTC+04:00)

Bu gün YAP Samux rayon təşklatının 2021-ci il iş planına uyğun olaraq seçmə qaydada ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirildi. Tədbirin keçirilməsində məqsəd qabaqcıl ilk partiya təşkilatlarının iş təcrübəsinin digər ərazi ilk partiya təşkilatlarında öyrənilməsi və ilk təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etmək oldu.

Tədbiri giriş sözləri ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, qeyd etdi ki, 2021-ci ildə ən əlamətdar siyasi hadisə Yeni Azərbaycan Partiyasının mart ayının 5-də keçirilmiş VII qurultayı olub. Bildiyiniz kimi, partiyamızın 2018-ci ildə keçirilmiş VI qurultayından sonra ölkəmizdə çox ciddi dəyişikliklər baş verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə əməli addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, müzəffər ordumuz 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanmış, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət tam bərpa olunmuşdur. Azərbaycan yeni reallıqlar yaratmışdır ki, bu da həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar formalaşdırır. Qeyd olunanlar fonunda Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi zamanın tələbinə çevrilməsini deyən G.Bayramov sonra sözü ərazi ilk partiya təşkilat sədrlərinə verdi.

YAP Samux rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri Şəmistan Yusifov, Səadət Məmmədbəyova, Afaq Möyləyeva, Aytən Məmmədova bə başqaları siyasi fəaliyyətləri barədə geniş məlumat verdilər. Onlar qeyd etdilər ki, ərazi ilk partiya təşkilatlarının fəaliyyətində əsas istiqamətlər ölkəmizin siyasi-sosial mədəni və iqtisadi sahələrdə əldə etdiyi böyük nəaliyyətləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttini ictimaiyyət arasında geniş şəkildə izahı və təbliğ edilməsi, tədbirlərin hazırlanması və keçirilməsi, partiyanın proqram prinsiplərinin izahı və təbliği və digər cari işlərin yerinə yetirilməsi olmuşdur.

Sədrlər 2020-ci ildə bütün yer kürəsini cənginə alan Koronavirus adlı bəla ilə mübarizəylə bağlı əhali arasında apardıqları maarifləndirmə işlərindən, imkansız ailələrə və tənha qocalara çatdırılan gigiyenik vasitələrindən danışaraq, bu işlərdə gənclərin fəal iştirakını qeyd etdilər.

Sonra müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanmasını, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalətin tam bərpa olunmasını vurğulayaraq, müharibə zamanı gördükləri işlərdən danışdılar.Ərazi ilk partiya təşkilat sədrləri kənd camaatının müharibə zamanı bir araya gələrək əsgərlərə ərzaq və isti geyim göndərilməsini təşkil etmələrini, gənclərin səfərbərlik üzrə yola salınmasında iştirak etmələrini qeyd edərək,itgilərimizdən də danışdılar. Partiya fəallarının Vətən müharibəsində həlak olan şəhidlərin dəfn və hüzr mərasimlərində iştirak etmələrini, ailə üzvləri ilə görüşmələrini, qazilərə mütəmadi baş çəkmələrini qeyd edərək, onlara ərzaq bağlamaları və bayram sovqatları göndərmələrini vurğuladılar.

YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatları ilə daim əlaqələr saxlanılır, mütamadi olaraq ilk partiya təkilat sədrləri rayon təşkilatına dəvət olunaraq onlarla işgüzar söhbətlər aparılır və müəyyən tapşırıqlar verilir. Bu görüşdə də onların fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı müvafiq tövsiyələr verildi.