Azərbaycanda peyvənd olunanların SAYI açıqlanıb

14 Aprel 2021 18:52 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 028 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 681nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 243 191, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 813 413, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429 778 təşkil edir.