"Paşinyan xəstədir, yalançıdır..." Movses Akobyan

14 Aprel 2021 16:43 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyinin nəzarət xidmətinin keçmiş rəhbəri general-polkovnik Movses Akobyan baş nazir Nikol Paşinyanın parlamentdəki bugünkü çıxışını izlədikdən sonra ona cavab vermək istəməyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, səbəbini soruşarkən bunu o özü belə deyib.

"Bu adam xəstədir, yalançıdır", deyə Akobyan bu barədə soruşularkən cavab verib.

Paşinyanın bəyanatına, arvadını Akopyanın əsas rəqibi hesab etdiyi barədə söylədiklərinə işarə edərək, Movses Akobyan onun arvadı ilə əlaqə qurmadığı cavabı verib.

“Mən arvadı ilə əlaqə qurmadım, müraciət belə etmədim, yalnız komandanlıqda olduğunu bildirdim və bu barədə demişəm, başqa bir şey deməmişən”, deyə Akobyan baş nazirin fikirlərinə münasibətini açıqlayıb.
Sonda Nikol Paşinyanın 7-ci müdafiə sahəsi ilə bağlı açıqlamasında nəyi düşündüyü barədə soruşduqda da, Müdafiə Nazirliyinin nəzarət xidmətinin keçmiş rəhbəri kəskin cavab verib və hətta baş naziri təhqir edib.
"Xəstədir, xəstəliklərini təyin edə bilmirəm, bu mənim peşəm deyil, sabah tamam başqa bir şey düşünə də bilər", deyə Movses Akobyan bildirib.

Xatırladaq ki, Nikol Paşinyan bu gün parlamentdə bəyan edib ki, Movses Akobyan yeddinci müdafiə bölgəsini təslim etməyə çalışıb, ancaq bu barədə onun özü qərar verib və nəticədə yeddinci müdafiə bölgəsi silahlı qüvvələrin nəzarəti altında qalıb.