Şuşa getsə, başına güllə çaxacaqdı...

14 Aprel 2021 16:07 (UTC+04:00)

Deyir, tarix təkrarlansa da unudulmur. Yəni illər ötsə də vaxtı ilə deyilənlər, tarixi faktlar unudulmur. Azərbaycan tarixini silmək istəyənlər guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Bir zamanlar qeyrət qalası dediyimiz Şuşanın işğalından 28 il keçir. Necə deyərlər, bir igidin ömrü qədər uzun oldu bu həsrət, bu ayrılıq. Ancaq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Amma bir məqamı da deyim ki, AXC-Müsavat cütlüyünün satqınları Şuşanı da, Qarabağı da, ən nəhayət 20 faiz torpaqlarımızı da döyüş meydanında deyil, Bakıda və digər yerlərdəki siyasi çəkişmələr müstəvisində ermənilərə təslim etdi.

Bunu sübut edən etiraflar bu gün də qulaqlarımızda cingildəyir

Surət Hüseynov deyib ki, “mən Qarabağı müvəqqəti olaraq ermənilərə vermişəm, vaxtı gələndə geri alacam”.

İsa Qəmbər: “Rusiya bizim qarşımıza iki şərt qoydu: “Ya Qarabağ, ya da müstəqillik. Biz də müstəqilliyi seçdik”.

Rəhim Qazıyev: “Mən nə qədər Müdafiə naziriyəm Şuşaya bir dənə də dığa yaxın gələ bilməz. Əgər Şuşa əldən getsə, başıma güllə çaxaram”.

Belə utancverici misalları çox uzada bilərik. Lakin nəticə dəyişməyəcək.

Şuşa işğal olunanda Rəhim Qazıyev niyə özünü güllələmədi?

Çünki Rəhim Qazıyev kimi şərəfsizi Azərbaycan xalqı çox yaxşı tanıyır. Cinayətkar, şərəfsizliklə o dünyaya getsə də, inanıram satqınçılıq edən Rəhim Qazıyevi heç o torpaq da qəbul edə bilməz, o torpaqda basdırılsa da, o dünyada həmişə yanacaq. Onu heç o torpaqda da basdırmaq düz deyil. Çünki bu şərəfsiz, necə deyərlər...go...Şuşa əldən getsə, satqın başına güllə vuracaqdı. Demək kişilik etmədin, o gülləni də başına vurmadın, ömrün boyu belə olub, ömrün boyu Rusiya hərbi kəşfiyyatının tulası olub. Görün, ölkəmizdə nə qədər humanist cəmiyyət var ki, bu cür şərəfsiz, tulalar da burada yaşadı. Bu, o Rəhim Qazıyev idi ki, özünü, ayağını yalandan "lezva" ilə kəsərək 30-dan çox insanı güllə qabağına verdi ki, guya ona sui-qəsd olub və bununla da ətrafında şou yaratdı. Sən orada Azərbaycan xalqının övladlarını güllələtdirdin. Amma Ulu Öndər Heydər Əliyevin böyüklüyü onda idi ki, o 1993-cü ildə ölüm hökmünə moratorium qoydu. Bu da dahi şəxsiyyətin humanistliyinin göstəricisi idi. Lakin həmin vaxt Rəhim Qazıyevi it kimi güllələməli idilər. Çünki o, vətən xaini idi. Cinayətkar isə cəzasını çəkməlidir, istər bu dünyada, istərsə də o dünyada. Rəhim Qaziyevin cəzası isə daha çox ağır olacaq...

RƏFİQƏ