Ukrayna Baş nazirinin müavini Ağdama gedib

14 Aprel 2021 15:30 (UTC+04:00)

Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdama səfər edib. SİA-nın məlumatına görə, səfər çərçivəsində A.Reznikov 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən xarabalığa çevrilən şəhərin qalıqları ilə yerində tanış olublar.