Pəhrizdə olarkən diqqət edilməli qidalar - ARAŞDIRMA

14 Aprel 2021 15:25 (UTC+04:00)

Arıqlaya bilməmək günümüzdə ən çox görülən problemlərdən biridir. İnsanın genetik quruluşu, oturaq həyat tərzi və pis yemək vərdişləri həyat keyfiyyətinə təsir edir və həm əqli, həm də fiziki cəhətdən mənfi təsir göstərir. İnsanlar arıqlamaq və ya formada qalmaq üçün pəhrizdən istifadə etməyi üstün tutsalar da, müəyyən qidalar səbəbindən tez-tez istənilən nəticələr əldə edilə bilmirlər. Xüsusilə bəzi qidalar kilo itkisinin birbaşa qarşısını alır. Bəs bunlar hansı qidalardır. SİA məsələ ilə əlaqədar araşdırmanı təqdim edir.

Qızardılmış qidalar

Ət, balıq, toyuq, kartof və s kimi qızardılmış qidalar yanma prosesindən keçir və trans yağlar əmələ gətirir. Bu yağlarla hazırlanan qidalar qandakı xolesterol səviyyəsinə mənfi təsir göstərir. Ən çox cips və fast-food kimi hazır və ya qablaşdırılmış qidalarda rast gəlinir. Xolesterolu artıraraq bir çox xəstəliyin əmələ gəlməsinə səbəb olan qızardılmış qidalar, tərkibindəki doymuş yağ sayəsində arıqlamağı ləngidir. "Tip 2" diabetli qrup olaraq tanınan, arıqlamaqda ən çox çətinlik çəkən davamlı qızardılmış qida qəbul etdikləri müşahidə edilib. Çəki itirilməsi prosesini sürətləndirmək üçün qızartmaq əvəzinə sobada bişirmək və qaynatmaq kimi sağlam yemək üsullarından istifadə edə bilərsiniz.

Ağ un

Tort, muffin, ağ çörək kimi ağ undan hazırlanan qidalar qan şəkərinin pozulmasına səbəb olur. Bu, çox tez acmağımıza və gün ərzində daha çox kalori qəbul etməyimizə səbəb olur. "İşlənmiş" edilmiş un, karbohidratlar və nişasta ilə zəngin qidadır. Lif, mineral və vitamin baxımından zəif olan un, tez həzm olunduğu üçün aclıq prosesini sürətləndirir. Ancaq təəssüf ki, baş verən hadisə kilo vermək prosesini ləngidir. Gündəlik pəhrizimizdə çovdar, kəpəkli buğda, tam taxıl, kəpək və ya yulaf unlarını seçərək, arıqlama prosesinizi dəstəkləyə bilərsiniz.

Duz

Həddindən artıq çox duz istifadə etmək bədəndəki natrium balansını pozur, suyun tutulmasına və bununla əlaqədar ödəm əmələ gəlməsinə səbəb olur. Pozulmuş natrium tarazlığı bədənin kalsium funksiyalarının qarşısını alır və yağ yandırma prosesində ləngiməyə səbəb olur. Artan ödəm səbəbiylə artıq çəki ala bilərsiniz, bu sizi psixoloji olaraq, stresə salır. Bu səbəbdən arıqlama prosesinə kömək etmək üçün gündəlik duz qəbulunu və tərkibində yüksək duzlu şirniyyat məhsulları, turşu, konservləşdirilmiş və turşulu qidaların qəbulunu məhdudlaşdırılmalıdır.

Şirniyyat

Artıq şəkər bədənimizdə qaraciyər tərəfindən yağ kimi yığılır. İdeal bel ölçüsündən artıq və qarın nahiyəsində yağ kimi tanınan alma bədən tipli şəxslərin həddindən artıq şəkər qəbul etdikləri araşdırmalarla sübut edilib. Fruktoza və qlükozadan ibarət olan bu quruluş, vücudumuzun ehtiyac duyduğu sağlam qidalanma dəyərlərini ehtiva etmir. Həddindən artıq şəkər qəbulu insulin ifrazını artırır və müəyyən nahiyələrin yağlanmasına səbəb olur. Buna görə gündəlik pəhrizdə sadə şəkər qəbulundan qaçmalı və bunun əvəzinə kompleks karbohidrat mənbələrindən faydalanmalısınız.

Qazlı içkilər

Qazlı içkilərdəki şəkər insulin ifrazını artırır və qan şəkərindəki pozuntulara səbəb olur. Qazlı içkilər gün ərzində çox qəbul edildikdə yorğunluq, sürətli aclıq, daha çox şəkərli və qazlı içki içmək stəyi və şirin istəklərə nəzarət edə bilməmək kimi problemlər baş verməyə başlayır. Qazlı içkilərin tərkibində yüksək miqdarda fruktoza və qlükoza şərbətləri olduğundan, ürək xəstəlikləri və diabet kimi metabolik xəstəlikləri dəvət edirlər. Qazlı içkilərin şüşələrindəki Bisfenol A (BPA maddəsi) qətranla əhatə olunub və bu maddə bədənin daxili ifrazatına zərər verir. Bədənin metabolik fəaliyyətini pozaraq arıqlamağa mane olur. Bu müddətdə mineral su, ayran və şəkərsiz ev limonadı kimi içki üstünlüklərini qəbul edərək qazlı içkiləri həyatımızdan uzaqlaşdıra bilərik.

Müəllif: Arzu Elsevərqızı