ABŞ-da Nüsrətə qarşı - İTTİHAM

14 Aprel 2021 15:14 (UTC+04:00)

"Salt Bae" ləqəbi ilə dünyada tanınan Nüsrətin istəyi ilə "salt bae" pozasını çəkən sənətçi, əsərin onun icazəsi olmadan istifadə ediləcəyini iddia edərək 5 milyon dollar pul tələb edərək Nüsrətə qarşı iddia qaldırıb. Bazar ertəsi Manhetten Federal Məhkəməsində çıxış edən sənətçi "William Hicks"-ə görə, o və sənət yoldaşı "Josphe Lurato" Nüsrətin "duz səpilən pozası" nın divarına çəkmək üçün 2017-ci ilin sentyabrında işə götürülüb.

Məhkəmə sənədlərinə görə, ilk rəsm Nüsrətin Mayamidəki restoranında sərgilənib. Daha sonra düzəldilmiş şablon şəkillər Doha, Dubay və Nyu York restoranlarında da nümayiş olunub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hicks yalnız 2020-ci ilin əvvəllərində Nüsrət və şirkətlərinin vitrinlərdə, rəqəmsal lövhələrdə, menyularda, salfetkalarda, və ədviyyat xəttinin etiketlərində eyni şəkildən istifadə etdiyini öyrənib. Məhkəmə sənədlərində iddia edildiyi kimi, rəsmdən istifadə rəssamın icazəsi olmadan baş verib.

Bundan əlavə, Hicks 2020-ci ilin aprelində orijinal əsərlərindən istifadəni dayandırmalarını tələb edən məktub göndərdiyini iddia edib.

Qeyd edək ki, Nüsrət ilk dəfə 2017-ci ildə zövqlə bir bişftekə duz səpdiyinin görüntüləri İnstaqramda yayılandan sonra dünya miqyasında şöhrət qazanıb.

Müəllif: Arzu Elsevərqızı