Qazidən dəbilqə hay-küyçülərinə cavab ANALİTİK + FOTOLAR

14 Aprel 2021 15:10 (UTC+04:00)

Təəssüf ki, zaman-zaman bizim içimizdə sapı özümüzdən olan baltalar bu və ya digər şəkildə ortaya çıxır, milli ideologiyamıza, eləcə də qalibiyyətlərimizə qara yaxmaqla özlərini erməni ağalarının qarşısında layiqli nökər olduqlarını isbatlamağa cəhdlər göstərirlər. Söz yox ki, belələrinin cavabları yerində və sərt şəkildə verilir. Lakin bu kimi məsələlərdə daim diqqətli olmalı, eləcə də milli məsələlərdə düşmən dəyirmınına su tökən ünsürlər əməllərinə görə qanunun tələb etdiyi bütüncəzalara layiq görülməlidirlər. Elə götürək, erməni dəbilqələrinin Hərbi Qənimətlər Parkında nümayişə çxarılmasını. Bu məsələdə də dərhal aşotların, nerseslərin, serjlərin və digər soyadı "yan" olanların tərəflərinə qahmar çıxanlar qanunun qarşısına çıxarılmalıdırlar. Əks halda, belələri cəzasızlıq mühitindən daha da azğınlaşa, hətta quruda bilərlər! Nəticədə həmin ünsürlər ölkəmizdə mövcud olan milli-dövlətçilik ideologiyamıza xələl vurmaqla daha arzuolunmaz fəsadlara yol açarlar.

Bu arada, erməni dəbilqəsinin vurğunlarına layiqli cavablar verilməkdədir,

Qazi Tahir Umudov: "Gəbərdilmiş erməni qohumlarınıza aid şevron məndə qalıb, gəlib götürə bilərsinizmi?"

YAP Ağdaş rayon təşkilatının gənc fəalı, qazi Tahir Umudov Hərbi Qənimətlər Parkının açılışı zamanı nümayiş etdirilmiş dəbilqələrə görə narahatlıq keçirən bəzi ermənipərəstlərə mesaj ünvanlayıb. SİA-nın məlumatına görə, qazi sual edir ki, həmin dəbilqələr niyə bəziərinə bu qədər pis təsir edib? “Gəbərdilmiş qohum əqrəbanızın dəbilqəsimi boş qalıb? Pis olursuzmu?”, deyə sual edən Qarabağ qazisi əlavə edib ki, boş-boş humanist statuslar yazıb, özlərini yaxşı insan kimi göstərməyə çalışmasınlar: “Elə status paylaşanlardan birinin qohumu, yaxını, dostu gedib döyüşübsə, soruşsun görək nə deyəcək bu məsələyə? Bu da o statusu yazanlara məndən hədiyyə olsun, gəbərdilmiş erməni qohumlarınıza aid şevron məndə qalıb, gəlib götürə bilərsinizmi?", deyə o sual edib.

Politoloq Cümşüd Nuriyev də düşmən dəbilqələrinin “Zəfər” parkında nümayiş olunmasına qarşı çıxan ermənipərəstlərə sərt cavab verib. "Bəzi insanlar yalnız tapşırıq yerinə yetirirlər, onlar üçün dövlət, millət anlayışları yoxdur. Elə bircə bunu bilirlər: deyirlər ki, ermənilərin hüquqları pozulur. Bir milyon azərbaycanlının hüququ pozulanda, 30 ilə yaxın didərgin düşəndə, qəbirsanlıqlar hərəsi bir yana səpələnəndə harada idilər?!"

Politoloq Cümşüd Nuriyev: “Bizim 3000-ə yaxın şəhidimiz var ki, həmin şəhidlərin də başında həmin kaskalardan olub”

Politoloq erməni əsgərlərinin dəbilqələrinin parkda nümayiş etdirilməsini müzakirəyə çıxaranlarla bağlı bildirib ki, bunun arxasında iki amil dayana bilər. Onun sözlərinə görə, ya belə adamların qanı qarışıqdır, ya da qranta işləyirlər: “Qrant-bəli, əvəzsiz verilən yardımdır, amma qrant layihəsi mütləq yerinə yetirilməlidir. Bizim 3000-ə yaxın şəhidimiz var ki, həmin şəhidlərin də başında həmin kaskalardan olub. Necə olur ki, ermənilər bizimkiləri öldürür, istədikləri kimi dünyaya təbliğ edirlər, amma bizim ərazilərimizi işğal edən, Xocalı soyqırımını törədən, qəbiristanlıqları dağıdan insanlara qarşı hər addımımızda humanizm axtarılır. Bütün dünya qəbul edir ki, Ağdam ruhlar şəhəridir. İndi guya özlərini insanpərvər göstərib bu mövzuda Prezidentə "hücum edənlərləri" başa düşə bilmirəm".

“Mənim buna qarşı çıxan insanlara yazığım gəlir, çünki onların mənəviyyatı pula bağlıdır”

Cümşüd Nuriyev əlavə edib ki, belə muzeylərə dünya təcrübəsində rast gəlinir. Onun sözlərinə görə, Azərbaycan bununla öz mənəvi, hərbi və iqtisadi gücünü göstərir: "Hələ Zəfər paradında Prezident elan etmişdi ki, Bakıda Hərbi Qənimətlər Parkı salınacaq. Belə çıxır ki, gərək Rusiyada Borodino panoraması tamamilə dağıdılsın ki, fransalıların hüquqları pozulur? Açıq muzeylər dünyanın harasında yoxdu ki? Mənim buna qarşı çıxan insanlara yazığım gəlir, çünki onların mənəviyyatı pula bağlıdır. Anlamaq lazımdır ki, cənab Prezident bu şəkildə insanaların, xalqın ruhunu qaldırır. Biri var eşitmək, biri də var əyani şəkildə görə bilmək".

Rövşən RƏSULOV

P.S. Məncə, dəbilqələrin sayı daha da artırılmalıdır ki, düşmən və düşmənə qahmar çıxanlar QARABAĞ QƏLƏBƏMİZDƏN daha çox yanıb-yaxılsınlar. Çünki belələri yanıb-yaxılmağa kifayət qədər layiqdirlər!