Məşhur cütlüyün övladının ad günündən FOTOLAR

14 Aprel 2021 15:25 (UTC+04:00)

Bu gün məşhur cütlük Fahriye Evcen və Burak Özçivitin oğulları Karanın doğum günüdür. SİA-nın məlumatına görə, bu haqda aktrisa xəbər verib. Belə ki, o, sosial media hesabında oğlunun ad günündən olan fotoları yayımlayıb. Fahriye paylaşımına bu sözləri qeyd edib: "Hər zaman güldüyümüz, bərk-bərk sarıldığımız xoş illərimiz olsun. Canım oğlum, nə yaxşı ki, dünyaya gəlmisən".

İzləyicilər doğum günündən əyləncəli fotolar paylaşan cütlüyün övladının özəl gününü təbrik edərək, ünvanına xoş sözlər yazıblar.