Evdən pul və qızıl-zinət əşyaları oğurlandı

14 Aprel 2021 14:40 (UTC+04:00)

Quba rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən M.Süleymanova saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayon ərazisindəki evlərin birindən 5000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin gəlini M.Süleymanova saxlanılıb.