Oğurluq üstündə tutuldu

14 Aprel 2021 13:27 (UTC+04:00)

Paytaxt sakini olan bir qadının pulqabısını uşaq arabasından oğurlamaqda şübhəli bilinən K.Qurbanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də paytaxt sakini olan bir qadının içərisində 130 manat pul, 500 rubl, kartlar və sənədlər olan pulqabısını uşaq arabasından oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini K.Qurbanov saxlanılıb.