Mağazadan oğurluq edildi

14 Aprel 2021 13:25 (UTC+04:00)

Xətai rayonu ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlamaqda şübhəli bilinən Ü.Bayramov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayon ərazisindəki mağazaların birindən 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Ü.Bayramov saxlanılıb.