"Niyaməddin Musayev koronavirusa yoluxub, vəziyyəti ağırdır"

14 Aprel 2021 13:27 (UTC+04:00)

Xalq artisti Məleykə Əsədova Niyaməddin Musayev haqqında danışıb. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, koronavirusa yoluxan N.Musayevin səhhəti pis olduğu üçün xəstəxanaya ağır formada aparılıb.

"30 illik sənət dostum, sənətkar, əsl dost Niyaməddin Musayev 5 gündür ki, Mərkəzi Neftçilər Xəstəxanasına Covid-19 xəstəliyi ilə ağır formada yerləş̧dirilib. Çox şükür, göydə Allahın, yerdə həkimlərin köməkliyi ilə Niyaməddin Musayev dünəndən özünü yaxşı hiss etməyə başlayıb. Sənətkar, tez sağal. Birlikdə verilişlərdə iştirak etməliyik. Allah Niyaməddin müəllimin simasında bütün sənətkarlarımızı qorusun. Özümüzü və yaxınlarımızı qoruyaq. Xəstə olanda evi tərk etməyək. Qaydalara tabe olaq. Hər bir qayda bizim sağlamlığımız üçündür", deyə xalq artisti bildirib.