Ermənistanın baş naziri hansı donu geyinirsə geyinsin, yenə də yamağı görünür

14 Aprel 2021 12:40 (UTC+04:00)

Seçki ərəfəsi Paşinyanın seçki “oyunu”...

Ermənistanda erkən parlament seçkiləri ərəfəsində baş verən hadisələr, xüsusilə də seçkiqabağı Robert Koçaryanla Nikol Paşinyanın bir-birlərinin dalınca Moskvaya səfərlə etməsi və özlərini Putinə təqdim etməklə “bax, gör sənə kim daha çox sadiq olacaq, kimə etibar edə, kimi dəstəkləyə bilərsən” kimi düşüncə ilə hesab edirlər ki, bu yola istəklərinə nail ola biləcəklər.

Ancaq bir məqamı vurğulamaq lazımdır ki, Moskvanın Koçaryanı daha çox dəstəklədiyi dəfələrlə müşahidə oluqub. Çünki o, hələ sovetlər dönəmindən dövlət təhlükəsizlik orqanlarının agenti və Moskvaya sadiq siyasətçi kimi məşhur olmuşdur. Ancaq Nikol Paşinyanın hakimiyyətə gəldiyi gündən bu günə eimi sərsəm, düşüncəsiz və səviyyəsiz, savadsız bəyanatlarında Rusiyaya qarşı çıxdığının şahidi olmuşuq Və bu gün seçkiərəfəsi “quyruğu qapı arasınla” qalan Paşinyanın Moskvaya ardıcıl səfərləri bir daha onun mövqelərinin zəifləməsinə işarədir. Baş nazir vəzifəsini icra edən Paşinyan təkcə ölkə daxilində deyil, həm də xarici siyasətdə uğursuzluqlarla üz-üzədir.

Çünki bu gün Ermənistan kapitulyasiya olduqdan sonra ölkədə ağır olan vəziyyət daha da gərginləşdi. İnsanlar çətin vəziyyətdə yaşamaqda davam edirlər, ölkədə işsizlik, sosial vəziyyət çox ağır durumdadır. Üstəgəl, Paşinyan hakimiyyətdə olduğu müddətdə bu vəziyyətin yüngülləşməsinə istiqamətlənmiş heç bir addım ata, islahatlar apara bilmədi. Ritorikaya, populizmə, «küçə siyasəti»nə üstünlük verən Paşinyan bu manevrlərlə də çox uzağa gedə bilməyəcəyinin fərqindədir. Çünki artıq anlayır ki, ona verilmiş vaxt başa çatmaq üzrədir.

Beləliklə, təhdidə, siyasi ritorikaya, küçə leksikonuna üstünlük verən Paşinyanı qarşıda xoş olmayan «sürprizlər» gözləyir.

Paşinyanın seçkiərəfəsi növbəti “oyunu” - Putindən imdad diləmək

Analitiklərin sözlərinə görə Ermənistanın baş naziri Nikol Paşinyanın seçkilərəfəsi Moskvaya ardıcıl səfərlər etməsi, səfərlər zamanı Rusiya prezidenti Putinlə görüşü məqamında “böyük ümidlər” verəcəyini» deməklə Kremldən hakimiyyətdə qalması üçün dəstək istəyəcək. Çünki təsadüfi deyil ki, baş nazir növbədənkənar seçkilərin tarixini açıqlayandan bir gün sonra Putinlə telefon əlaqəsi yaradıb. Əsas müzakirə mövzusu isə Ermənistandakı daxili siyasi böhrandan çıxış yolları olub. Bu baxımdan, gözlənilən odur ki, Paşinyanın Moskva səfərində Ermənistandakı siyasi hakimiyyət məsələsi ətraflı müzakirə olunacaq.

Rusiya tərəfindən isə belə açıqlama verilib ki, Paşinyanla Putinin görüşündə Qarabağla bağlı da müzakirə olacaq. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov Paşinyanın Moskvaya gözlənilən səfərini şərh edərkən deyib ki, tərəflər Qarabağla bağlı razılaşmaları, bölgədəki nəqliyyat infrastrukturunun blokdan çıxarılmasını, hazırda Ermənistanda başlayan seçki prosesi və Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələlərini müzakirə edəcəklər.

Qabil Hüseynli: “Əlbəttə, Ermənistanda hakimiyyətin taleyi Kremldən asılıdır və bunu Paşinyan dərk edir və Moskvaya səfər də bununla bağlıdır”

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan tez-tez fikrini dəyişən siyasətçidir: “Gah dedi ki, istefa verəcək, siyasətdən gedəcək, indi isə seçkilərə hazırlaşır, hakimiyyətini qorumaq istəyir. Eyni zamanda, Rusiya əleyhinə fikirlər səsləndirir, tənqid edir, qərbyönümlü olduğunu nümayiş etdirir. Bir də baxırsan ki, Moskvaya yalvarır, Putindən imdad diləyir. Əlbəttə, Ermənistanda hakimiyyətin taleyi Kremldən asılıdır. Bunu Paşinyan dərk edir və Moskvaya səfər də bununla bağlıdır”.“Təbii ki, Putinlə görüşdə Qarabağ məsələsi, Üçtərəfli Bəyanatın icrası vəziyyəti müzakirə olunacaq. Kreml bilir ki, Qarabağda məğlub olsa da, Ermənistanda hələ də Paşinyanın tərəfdarları çoxdur. Putin altında imzası olan Üçtərəfli Bəyanatın icrasında maraqlıdır. Yəqin ki, Paşinyan Putindən hakimiyyətdə qalmasının təminatını istəyəcək, Putin də Qarabağla bağlı məlum sənədin icrasının sürətlənməsini tələb edəcək. Əslində, Paşinyan hakimiyyətdə qalması üçün Kreml rəhbərindən kömək istəmir, maneə yaradılmamasını istəyir”, - deyə Q.Hüseynli vurğulayıb.

Politoloqun sözlərinə görə, Paşinyan Putindən Rusiyanın seçkilərə müdaxilə edilməməsi ilə bağlı təminat ala biləcək: “Çünki bu gün bölgə dövlətləri üçün də, elə Putinin özü üçün də ən məqbul variant Paşinyanın hakimiyyətdə qalmasıdır. Ermənistanda hakimiyyətə gəlmək istəyən digər qüvvələr cəmiyyətdə nüfuzu olmayanlardır. Eyni zamanda, quldur, müharibəyə meyilli şəxslərdir. Qarabağda müharibənin yenidən alovlanması isə heç kəsə, ilk növbədə də, Rusiyaya lazım deyil”.

Q.Hüseynli onu da vurğulayıb ki, belə bir məqam da var ki, hakimiyyətə gəlmək istəyən Ermənistanın sabiq prezidenti Robert Koçaryanı Rusiya dəstəkləyir, Putinlə dostluq əlaqələri var və s: “Amma erməni xalqı bu qulduru heç vaxt hakimiyyət başına buraxmaz ki, bunu da Kreml yaxşı bilir. Moskva Köçəryanı dəstəkləyərsə, o zaman vəziyyət daha da gərginləşəcək. Rusiya planlarının həyata keçməsini istəyir. Təbii, Rusiyanın da bir yox, bir neçə planı var ki, onlardan məncə, ən məqbulu Paşinyanı özünə tabe etdirərək hakimiyyətdə saxlamaqdır”.

Politoloqun sözlərinə görə, Kremlin Ermənistanla bağlı siyasətində hansısa dəyişikliklər edə bilər, amma əsaslı dəyişikliklər gözlənilmir: “Paşinyan növbədənkənar seçkilər elan etdikdən dərhal sonra Putinlə telefon əlaqəsi saxladı. Güman ki, telefon danışığı zamanı Kreml rəhbərindən qismən təminat aldı. Çünki faktiki olaraq Nikol qeyri-rəsmi təbliğata başladı, regionlara səfər edir, əhali ilə görüşür. Moskvaya səfər edərək Putindən aldığı təminatı rəsmiləşdirəcək. Əlbəttə, Paşinyanı dəstəkləyən elektorat var, amma bu dəstək hakimiyyətə gəldiyi 2018-ci il seçkiləri ilə müqayisədə daha azdır. Bu baxımdan, seçkilərə inamla getməsi üçün ona dəstək əhəmiyyətlidir”.

Beləliklə, Ermənistanın baş naziri hansı donu geynirsə geyinsin, yenə də yamağı görünür, yəni erməni xalqının qorxulu kabusu olan Paşinyanın quldur siyasəti seçkilərdə bir daha görünəcək və bu isə erməni xalqına növbəti zərbə olacaq. Çünki yenə vədləri boş sözlərdən başqa bir şey olmayacaq.

Bu yerdə Mixail Qorbaçovun işğalçılıq təfəkkürü yadıma düşdü. Yəni Nikol Paşinyanla Qorbaçovu müqayisə etsək, bunlar arasında elə bir fəqri görünməz. Çünki hər ikisi işğalı təfəkkürə malikdirlər. Ona görə də, Nikol hansı donu geynirsə geyinsin yamağı görünəcək. Çünki yalan ayaq tutur, yeriməz, yerisə belə uzağa da gedə bilməz. Çünki geydiyi papışlar bünövrədən cırıqdır. Bu isə o deməkdir ki, Ermənistanı bundan sonra daha böyük bəlalar gözləyir.

RƏFİQƏ HÜSEYNOVA