"Covid-19 milyonlarla insanı yoxsulluqla üz-üzə qoyub" - RƏQƏMLƏR DANIŞIR

14 Aprel 2021 12:38 (UTC+04:00)

Yoxsulluq yalnız az inkişaf etmiş ölkələrin deyil, həm də çoxəsrlik bir tarixə sahib olan və inkişaf etmiş dövlətləri düşündürən çox əhatəli problemdir. Yoxsulluq yalnız iqtisadi problem deyil, həmçinin mədəni, hüquqi, siyasi və etnik kimi fərqli ölçüləri olan bir problem olaraq ortaya çıxır. Bu səbəbdən, bütün ölçülər nəzərə alınmadığı təqdirdə yoxsulluğu müəyyənləşdirmək səyləri çox vaxt kifayət etmir. Yoxsulluq ömür boyu sağlamlıq, yaradıcı bir həyat, orta yaşayış səviyyəsi, azadlıq, özünə inam və ləyaqət kimi insanın inkişafı üçün lazım olan imkanlarından məhrum edərək yalnız iqtisadi ölçü ilə məhdudlaşdırır.

Birləşmiş Millətlər Təşkilatı dünyada 235 milyon insanın 2021-ci ildə koronavirus epidemiyasının təsiri ilə humanitar yardıma və qorumaya ehtiyac duyacağını bildirib. BMT-nin İnsan Qaynaqları Koordinasiya Ofisi tərəfindən verilən açıqlamada "Covid-19 şoku"nun dünya miqyasında humanitar yardıma ehtiyacı olan insan sayını rekord səviyyəyə qaldırdığı və bunun 40 faizə qədər artım olduğu ifadə edilib.

"BMT 2021 Qlobal Humanitar Yardım Planı" çərçivəsində aşağıdakılar qeyd edilib:

"Humanitar yardıma ehtiyacı olanlar 2021-ci ildə bir ölkədə yaşasaydılar 235 milyon əhalisi olan dünyanın ən böyük beşinci ölkəsi olardı".

"Covid-19 milyonlarla insanı yoxsulluqla üz-üzə qoyub"

BMT Baş katibinin Humanitar Məsələlər üzrə köməkçisi Mark Lovcock, "Covid -19 böhranı milyonlarla insanı yoxsulluğa sürüklədi və humanitar ehtiyacların artmasına səbəb oldu. Uşaqları peyvənd etmək və məktəbə getməsini təmin etmək üçün 35 milyard dollara ehtiyacımız var", deyə bildirib.

BMT-yə görə, 2020-ci ildə beynəlxalq donorlar rekord səviyyədə 17 milyard dollar yardım etsə də, bu, nəzərdə tutulanın yalnız 70 faizini təşkil edir. Dünya Bankı Covid-19 pandemiyasının gələn ilin sonunadək yüz milyonlarla insanı həddindən artıq yoxsulluğa sürükləyəcəyi xəbərdarlığını da edib. Bankın Hesabatında "Covid-19" pandemiyasının dünyada yoxsulluğu yenidən 2017 səviyyəsinə endirəcəyi proqnozunu da verib.

Dünya Bankı rəhbəri David Malpass hesabatla əlaqədar verdiyi açıqlamada epidemiya və qlobal iqtisadi tənəzzülün dünya əhalisinin yüzdə 1,4-ünün həddindən artıq yoxsulluğa düşməsinə səbəb ola biləcəyini söyləyib.

Həddindən artıq yoxsulluq nədir?

Dünyada 115 milyon insanın hələ də həddindən artıq yoxsulluq içindədir. Covid-19 epidemiyası səbəbiylə bu rəqəmə artaraq 2021-ci ilin sonunadək 150 milyonu keçəcəyi proqnozlaşdırılır. Son 20 ildə həddindən artıq yoxsulluq səviyyəsindəki ilk artım 2017-ci ildəki qlobal maliyyə böhranının təsiri ilə görüldü və həmin il təyin olunan nisbət 9,2 faiz olaraq elan edildi.

Dünya Bankının həddindən artıq yoxsulluq səviyyəsi 2020-ci il üçün gündəlik 1.90 dollar qiymətləndirir.
Dünya Bankı və UNİCEF təhlili göstərir ki, hər 6 uşaqdan biri həddindən artıq yoxsulluq səviyyəsində yaşayır. "Covid-19"-a qədər aparılan araşdırmalar nəticəsində məlum olur ki, Afrikada 356 milyon uşaq 1,90 dollardan az gəlirlə yaşamağa məcburdur. Bu gün Dünya Bankı və UNİCEF tərəfindən yayımlanan yeni bir təhlilə görə, bu rəqəm əhəmiyyətli dərəcədə artacaq.

Təhlillər göstərir ki, həddindən artıq yoxsulluqda yaşayan uşaqların sayı 2013-2017-ci illər arasında 29 milyon azalıb. Bununla birlikdə, UNICEF və Dünya Bankı son illərdə baş verən pandemiya səbəbindən iqtisadi inkişafın risk altında olduğu barədə də xəbərdarlıq ediblər.

Əhalinin az qala üçdə birini təşkil edən uşaqlar həddindən artıq yoxsulluq səviyyəsində yaşayanların təxminən yarısını təşkil edir. Kiçik uşaqlar daha yoxsul şəraitdə yaşayırlar. İnkişaf etməkdə olan ölkələrdə yaşayan 5 yaşdan kiçik uşaqların demək olar ki, yüzdə 20-si son dərəcə yoxsul ailələrdə yaşayır.

Dünya Bankının Yoxsulluq və Bərabərlik üzrə Qlobal Direktoru Karolina Sançez deyib: “Covid-19 pandemiyasından əvvəl də hər altı uşaqdan biri həddindən artıq yoxsulluq içərisində yaşayırdı və dünya səviyyəsində həddindən artıq yoxsulluq yaşayanların 50 faizi uşaqlar idi. Bu məlumatlar hamımızı ciddi narahat edir. Həddindən artıq yoxsulluq yüz milyonlarla uşağı fiziki və idrak inkişaf potensialına çatmaq imkanlarından məhrum edir və böyüklər kimi yaxşı bir işə mane olur. Hökumətlər epidemiyanın səbəb olduğu iqtisadi böhrana təcili cavab verməlidir. Humətlərin xüsusilə bərpa dövründə kasıb ailələrə dəstək və insan kapitalını bərpa etməsi hər zamankindən daha vacibdir”.

“Yoxsulluqla mübarizə dünyanı ən çox narahat edən məslələrdəndir. 2020-ci ilin əvəlində gündəmə gələn qlobal pandemiya dünyanın bir qütləşməsini sürətləndirmiş, yoxsul ölkələr daha çox yoxsullaşmağa başlanmış, inkişaf etmiş ölkələrdə isə inkişaf meylləri yüksəlişə istiqamətlənmişdir”. Bunu SİA-ya verdiyi açıqlamda deputat Azər badamov deyib.

Deputat bildirib ki, bu gün dünya əhalisinin 10%-dən çox hissəsi ifrat yoxsulluq səviyyəsindədir: “Belə ölkələrin əhalisinin gündəlik alıcılıq qabiliyyəti 2 dollardan aşağıdır. Qlobal pandemiyanın təsirindən ölkəlrədə iqtisadi sahələrdə fəaliyyətlərinə məhdudiyyətlərin tətbiq olunması, ölkələr arası canlı əməkdaşlığın dayanması dünyada 100 milyonlarla yeni işsizlər ordusunu əmələ gətirmişdir. O cümlədən dünyada ərzaq çatışmamazlığı problemi də günü-gündən böyüməkdədir. Dünya əhalisinin artması yeni çağırışları meydana gətirir ki, çoxlu ölkələr bu çağırışlarla ayaqlaşa bilmir. Koronavirusa qarşı mübarizədə ölkələr arasında vaksinlərin bölüşdürülməsində və bu vaksinə əlçatanlığına görə də ölkələr arasındakı fərq daha da böyüməkdədir. İnkişaf etmiş ölkələrin əhalisi peyvəndlənir, öz iqtisadiyyatlarını bərpa etdirir. Amma inkişaf etməkdə olan yoxsul ölkəlrin isə vaksinlərə əl çatanlığı məhduddur”.

Azər Badamov vurğulayıb ki, Azərbaycan da dünyanın bir parçası olduğundan dünyada gedən iqtisadi proseslərin ölkəmizin iqtisadiyyatına da təsirləri mövcuddur: “Təəssüf ki, 2020-ci ildə iqtisadiyyatımız azalmış, işsizlik və yoxsulluqda da müəyyən faiz artım müşahidə olunub. Ölkəmizdə işsizliyin və yoxsulluğun kəskin artmaması üçün dövlətimiz müəyyən proqramlar icra edir və əhalisini minimum yaşayış imkanları ilə təmin edilməsi üçün dövlət büdcəsi hesabına sahibkarlıq subyektlərinə və iş fəaliyyətləri dayanmış sahələrində iş yerlərinin saxlanılmasına dövlət yardımları göstərilir. O cümlədən 10 minlərlə işsiz insanı ictimai işlərə cəlb etməklə minimum yaşayışını təmin edilməsi üçün aylıq əmək haqları və müavinətlər ödənilir. Son 18 ildə ölkəmizdə yoxsulluq 50%-dən 5%-ə enmişdi. Təbii ki, pandemiyanın mənfi təsirləri insanların sosial rifahında da öz əksini tapmışdır. Bu mənfi göstərici bir faiz də artırmışdır. Amma təsdiq olunmuş yeni iqtisadi konsepsiyasının icrası ilə yanaşı insanların sosial rifahının daha yaxşlaşması baş verəcəkdir. Azərbaycan sosial dövlətdir və dövlətin siyasətinin əsasnda insan amili dayandığından gələcəyə hesablanmış dövlət proqaramlarında yoxsulluğun və işsizliyin azaldılması istiqmətində görüləcək tədbirlər davamlı olacaqdır”.

“Dünyada tuğyan edən pandemiyanın fəsadları davam etməkdədir”. Bunu SİA-ya açıqlamasında Beynəlxalq ekspert Asif İbrahim deyib.

A.İbrahimov vurğulayıb ki, bu günə kimi dünya belə bir iqtisadi böhranla üz-üzə qalmayıb: “2020-ci ilin əvvəllərindən dünyada iqtisadi böhran yarandı ki, bu da pandemiyanın gətirdiyi problemlərdəndir. Dünyanın iqtisadi xəritəsi pandemiya dövründə yenidən çəkiləcək və bir çox qabaqcıl kommersiya təşkilatları ya müflis olacaq ya da əl dəyişdirəcək. Keçən il ərzində biz bu prossesin şahidi olduq. Azərbaycanda 4 bankın və bir neçə siğorta təşkilatlarının bağlanması dünyada isə “Starbucks” kimi brendin əl dəyişdirməsini misal gətirə bilərəm. Dünya iqtisadiyyatında bu böhran nəticəsində 25 faiz geriləmə müşahidə olunmağa başlayıb. Bildiyiniz kimi qadağalar olduğuna görə bütün dünyada iqtisadi aktivlik aşağı düşməyə başlayıb. Bu da təbii ki, iqtisadi tərəfdən təsirsiz ötüşə bilməzdi. Ümumiyyətlə, Avropa iqtisadiyyatın da 7.9-8 faizdən artıq kiçilmə müşahidə olunub. Amerikada isə koronavirus pandemiyası nəticəsində işsizlik həddi 15 faizə yüksəlib, bu isə 300 milyonnan çox əhalidə 15 faiz demək böyük bir rəqəmə gətirib çıxarır. Düşünürəm ki, biz virusla yaşamağı öyrənməliyik. Daha öncə də fikizi kimyəvi risklərnən yaşamaşıq tədbirlərimizi almaqla bu prossesdən qoruna bilərik. Azərbaycanda isə böhran aktiv əmək qabiliyyətli əhalinin təqribən 55-60 faizi dövlət və yaxud da dövlətdən maliyyələşən təşkilatlarda çalışır. Əhalinin bu kəsiminin gəlirlərində hər hansı bir dəyişiklik yoxdur, lakin yerdə qalan 40 faiz əhali bilirsiniz ki, özəl müəssisələr də işləyir. Azərbaycan da hər 10 nəfərdən 6-sı taksi failiyyəti ilə məşğuldur və hər 6 nəfərdən biri kafe, restoran şəbəkələrində çalışan işçilərdir. Yerdə qalan əhalinin bir hissəsi xidmət sahələrində çalışırlar. Restoranların, kafelərin uzun müddət bağlanması həmin sahədə çalışan əməkdaşların vəziyyətinə çox ciddi təsir edib. Həmin sahələrdə çalışan işçilərin iqtisadi, sosial vəziyyətinə eyni zamanda, həmin sahələrə tədarükcü rolu oynuyan insanların vəziyyətinə ciddi təsir edir. Düşünürəm ki, bu halların qarşısını almaq üçün biz ciddi bir proqram tərtib etməliyik. Gigiyena qaydalarına emel etməklə bu obyektləri açıb, fəaliyyətlərinin davam etdirmələrinə kömək etməliyik. Bütün restoranların bağlanması nəticəsində artıq toy və şənliklərin keçirilməsinə icazə yoxdur, bu səbəbdən taksilərə təlabat azalıb, gözəllik salonları əvvəlki kimi işləmir, kənd təsərrüfatı məhsulları satan müəssələrə əvvəlki qədər tələbat yoxdur. Bunların böyük bir hissəsi isə toyların keçirilməsinin qadağan olmasından irəli gəlir. Əhalinin yerdə qalan kəsiminin böyük bir hissəsi bu sahələrdə xidmət verən iaşə obyektlərində çalışdığı üçün həmin insanların vəziyyətində ciddi təsir edib. Fikrimcə, bu pandemiya dövründə işsizlik indeksi artıb”.