Ukrayna-Rusiya-ABŞ üçbucağı: Dağıdıcı müharibə qapıdadır? - ŞƏRH ÖZƏL

14 Aprel 2021 12:13 (UTC+04:00)

“ABŞ prezidenti C. Baydenin V. Putinlə telefon əlaqəsi və görüşmək üçün razlıqları Donbasda hərbi vəziyyətin stabilləşməsinə gətirib çıxarmayacaq. Artan siyasi-hərbi böhran fonunda iki liderin görüşməsinə ehtiyac var idi. Dağıdıcı müharibə qapıdadır. Bu gərginlik NATO-Rusiya savaşına gətirib çıxara bilmək ehtimalı yüksəkdir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, Ukrayna böhranından hər iki tərəf geri çəkilmək niyyətində deyil və yeni müharibə regionda ciddi dağıdcı bir prosesə gətirib çıxara bilər: “Rusiya 2014-ch il müharibəsindən fərqli olaraq Krım, Qara dəniz və Ukrayna sərhədlərində yeni qüvvələr cəmləşdirib. Bu, Moskvanın ABŞ əzələ nümayişidir. Təbii ki, bu durumda ABŞ və NATO-da boş dayanmır. Ukrayna ətrafına yeni qüvvələr cəmləşdirir. Artıq Qara dənizdə ABŞ hərbi gəmiləri lövbər salıb. Müharibə balayacağı təqdirdə NATO və ABŞ o halda Ukraynaya dəstək verəcək ki, Rusiya separtçıların məğlubiyyəti fonunda Ukraynaya qarşı hərbi əməliyyatlara start verəcek. Məhz, ona görə də ABŞ hərbi qüvvələri ilə regiona gəlişi Rusiyanı separatçılara qarşı Ukraynanın əməliyyatları fonunda neytral qalmasına çalışır. Rusiyada bundan ehtiyatlanır və mümkün muharibədə hücumdan vaz keçməyəcəyi mesajını verir”.

M. Əsədullazadə vurğulayıb ki, tərəflərin əzələ nümayişi və birbirlərinə çəkindirici addımı müharibə riskini artırır: “Rusiyanın ABŞ və NATO qarşısında geri çəkilməməsi aydın görünür. Çünki, Donbas məsələsində Rusiyanın geri çəkilməsi Krımın növbəti mərhələdə itirilməsi kimi baxır. Ona görə də zərbə qüvvələrini Ukrayna ətrafında yerləşdirməklə, Qərbi danışıqlara cəlb edib, müharibə ssenarisini ertələməyə çalışır. Baydenin Rusiya prezidentinə zəngi və danışıqlara getmək baərədə təklifi Rusiyanın, Putinin taktiki uğuru olsa da, ABŞ da geri çəkilməyəcək. Bayden və Putin görüşü Donbas ətrafında müvəqqəti sakitliyə səbəb olması mümkündür. Bu görüşdə bəynəlxalq müstəvidə artan gərginlik və Donbas münaqişəsinin həlli istiqamətində razılıq əldə edilməyəcək. İki lider mövqelərində qalması gözlənilir. Sadəcə, belə görüş mümkün hərbi qarşıdurmadan qaçınmağa və dialoqa yol açır”.