“Şəhid ailələrinə və qazilərə qayğı” - FOTOLAR

14 Aprel 2021 11:08 (UTC+04:00)

Bu mövzuda YAP Səbail rayon təşkilatı orta təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

YAP Səbail rayon təşkilatında orta təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında onlayn görüş keçirilib. “Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində Vətən müharibəsi günlərində və sonrasında Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər, həyata keçirilən layihələr, partiya üzvlərinin Səbail rayonunun şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğı, bu ailələrin evlərinə edilən çoxsaylı ziyarətlər haqqında danışan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirib ki, ölkə rəhbəri, müzəffər Ali Baş Komandanımız, partiyamızın Sədri lham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq dövlət və özəl qurumlar, bütünlükdə Azərbaycan cəmiyyəti möhtəşəm Qarabağ Zəfərinin və tarixi qələbəmizin qazanılmasında xidmətləri olan qəhrəman övladlarımızın ailələrinə layiq olduqları diqqəti göstərir.

Bu ailələr dövlətin, icra strukturlarının, partiyamızın xüsusi diqqət və qayğısını hər məqamda hiss edirlər. Partiya üzvlərinin, rayon partiya təşkilatının fəallarının şəhid və qazi ailələrinin evlərinə ziyarətlər zamanı bu ailələrin gündəlik qayğıları ilə yaxından maraqlandıqlarını qeyd edən Ş.Hacıyev vurğulayıb ki, qazilərimizin, şəhidlərimizin ailə üzvlərinin məşğulluğunun təmini istiqamətində bütün qurumların birgə fəaliyyətinə ciddi ehtiyac var və bununla bağlı sistemli, məqsədyönlü işlər görülməkdədir.

Videokonfransda işə ehtiyacı olan qazilərin, eləcə də şəhid ailə üzvlərinin mövcud vakansiyalara yerləşdirilməsi və onlar üçün yeni iş yerlərinin yaradılmasının çox vacib və həssas məsələ olduğuna xüsusi diqqət çəkilib, geniş fikir mübadiləsi aparılıb və birgə fəaliyyət addımları müzakirə olunub.

Çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 189-190 saylı tam orta məktəbin direktoru Ceyran Kuliyeva və 50 saylı tam orta məktəbin direktoru Sədaqət Həsənova müzakirə olunan mövzu ilə bağlı təkliflərini səsləndiriblər və yeni təşəbbüslər irəli sürüblər.

Videokonfrasın yekununda hazırda işə ehtiyacı olan qazilər haqqında konkret məlumatlar təqdim olunub və onların məşğulluğunun təmini üçün mümkün variantlar müzakirə edilib.

Rəfiqə