5 yaşlı uşağın Kürdə meyiti tapılıb

14 Aprel 2021 09:57 (UTC+04:00)

Aprelin 9-da Kürdə batan 5 yaşlı uşağın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.