“Doğduğun ev kaderindir”də yeni aktyor yer alacaq FOTO

14 Aprel 2021 11:33 (UTC+04:00)

Baş rollarında aktyorlar Demet Özdemir və Engin Öztürkün çəkildiyi “Doğduğun ev kaderindir” serialına yeni sima daxil olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bundan sonra reytinqli layihədə aktyor Fırat Doğruloğlu da yer alacaq. O, serialda "Tarık" obrazına həyat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl baş rol ifaçısı İbrahim Çelikkolun layihədən ayrılması böyük səs-küy yaradıb.