Mesut Özil Ramazan ayı ilə əlaqədar 100 min avroluq yardım edib

14 Aprel 2021 01:26 (UTC+04:00)

Türkiyənin “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Mesut Özil Ramazan ayı ilə əlaqədar Türk Qırmızı Aypara Cəmiyyətinə (Türük Kızılay) 100 min avroluq yardım edib.

SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Türk Qırmızı Aypara Cəmiyyəti Ramazan kampaniyasına start verib. Təcrübəli futbolçu da bu kampaniyaya dəstək olmağa qərar verib.

Qurumdan verilən məlumata görə, sözügedən kampaniya çərçivəsində 6 saat içində “Türk Kızılay”a 51.1 milyon lirə bağışlanıb.