Türkiyədə buraxılış sinifləri və uşaq bağçaları xaric bütün təhsil onlayn davam edəcək

13 Aprel 2021 23:45 (UTC+04:00)
Türkiyədə buraxılış sinifləri və məktəbəqədərki qurumlardan başqa bütün şagird və tələbələrin təhsili onlayn olaraq davam etdiriləcək. SİA-nın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bunu bildirib. "İmtahan ərəfəsində olan 8 və 12-ci siniflər ilə məktəbəqədər təhsil müəssisələrindən başqa bütün səviyyələrdə təhsil distan davam etdiriləcək", - deyə Ərdoğan bildirib.