"QAZ-31"i aşırdı, özü xəstəxanalıq oldu

13 Aprel 2021 21:14 (UTC+04:00)
Samuxda yol qəzası nəticəsində sürücü ağır xəsarət alıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Zazalı yaşayış massivində baş verib. 1993-cü il təvəllüdlü Mədətov Arzu Ağasəf oğlu idarə etdiyi "QAZ 31" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alıb. Gəncə şəhərindəki xəstəxanalarından birinə yerləşdirilən 28 yaşlı sürücünün qol və çiyin nahiyyəsi sınıb. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır.