Baş nazir BP-nin regional prezidenti ilə görüşüb

13 Aprel 2021 17:18 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 13-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.