"Ətrafımızda yaxşı, hiyləgər, sevən və sevmiş kimi görünən obrazlar var" FOTOLAR

13 Aprel 2021 16:32 (UTC+04:00)

Müğənni Günay İbrahimli şəxsi həyatı ilə bağlı ilginc etiraflar edib. SİA-nın məlumatına görə, sənətçi özünü güclü hesab etdiyini bildirib: "İnsan həyatı film kimidir. Ətrafımızda yaxşı, hiyləgər düşmənlər, sevən və sevmiş kimi görünən obrazlar var. Amma ən təhlükəli olan “özünü ağıllı hesab edən ən aciz adam" roludur.

Amma mən güclüyəm, daha da güclənirəm. Çünki bu filmin baş rolunda özüməm. Yaralanıb, sağalıram. Amma xoşbəxt sonluqla bitəcəyinə əminəm..."