Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib FOTO

13 Aprel 2021 14:56 (UTC+04:00)

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda iştirak edib.

SİA-nın məlumatına görə, konfransda iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri daha sonra Hərbi Qənimətlər Parkına gəlib. Qonaqları Prezidentin köməkçisi Hikmət Hacıyev və digər dövlət rəsmiləri müşayət edib.

Hərbi Qənimətlər Parkında nümayəndələrə Ermənistanın müharibə cinayətlərini sübut edən faktlar barədə məlumatlar verilib.