Milli Məclis Hesablama Palatasının illik hesabatını təsdiq edib

13 Aprel 2021 13:57 (UTC+04:00)

Milli Məclis Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında qanun layihəsini təsdiqləyib. SİA xəbər verir ki, qanun layihəsi parlamentin aprelin 13-də keçirilən iclasında müzakirələrdən sonra qəbul edilib.

Deputatlar Hesablama Palatasının illik hesabatını qənaətbəxş hesab ediblər.