Cari ildə Naxçıvan Muxtar Respublikasında yük daşımalarının həcmi 3 488 ton təşkil edib

13 Aprel 2021 00:42 (UTC+04:00)
2021-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında yük daşımalarının həcmi 3 488 ton təşkil edib. SİA bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Eyni zamanda, hesabat dövründə Naxçıvan MR-da rabitə və informasiya xidmətlərindən gəlirlərin həcmi 14,7 milyon manat təşkil edib ki, bu 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 9,9 faiz çoxdur.