"Qalatasaray"da gözlənilməz hadisə

12 Aprel 2021 15:59 (UTC+04:00)

Super Liqanın 35-ci həftəsində, 17 aprel şənbə günü Göztəpə ilə qarşılaşacaq Qalatasaray, matçın hazırlıqlarına fasiləsiz başlayıb. Məşq zamanı ürəkləri ağıza gətirən hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qalatasarayın səhər məşqi zamanı Kərəm Aktürkoğlu ilə baş-başa toqquşması nəticəsində Falsonun üzündə qırıqlar aşkarlanıb.

Qeyd edək ki, tibbi heyət dərhal yerə yıxılan iki futbolçuya müdaxilə edib. Hər iki futbolçu xəstəxanaya yerləşdirilib.

Arzu Elsevərqızı